Dmitri Peskov: "Venesueladakı vəziyyətin neft bazarlarına təsirini müzakirə etmək hələ tezdir"

Dmitri Peskov: "Venesueladakı vəziyyətin neft bazarlarına təsirini müzakirə etmək hələ tezdir"
15:12 24 Yanvar 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Venesuelada baş verənlərin neft bazarlarına təsirinin necə olacağı barədə danışmaq hələ tezdir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin ABŞ-ın Venesueladan neft ixracına embarqo qoyulması ilə bağlı qərarının dünya neft bazarına necə təsir edəcəyi ilə bağlı sualına cavab verərkən deyib.
Qeyd edək ki, hiperinflyasiya, eləcə də iqtisadi və siyasi böhran fonunda Venesuelada neft hasilatı çoxillik minimumlara çatıb və azalmaqda davam edir.
Əlavə edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/peskov-venesueladaki-veziyyetin-nefte-tesirini-muzakire-etmek-tezdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR