Paşinyanın tək SEÇİMİ, ərazilərin qaytarılmasının ƏVƏZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
92 baxış·4 dəq oxu
Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə
hazırlaşmır. ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada Bəşər
Əsəd rejimi və onun müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan
qanun layihəsi qəbul edib. NATO və Gürcüstan Rusiyanın Qara dəniz
regionunda hərbi potensialını artırmasından narahatdır. ABŞ-ın “New
American Journal” nəşri “Rusiya tək atəşsiz Amerikanın öhdəsindən
gəldi” adlı məqaləsini dərc edib. Venesuelada kəskin siyasi və
iqtisadi böhran hakimiyyət çevrilişi ilə nəticələnə
bilər.
“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana
təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki,
münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola
bilər”. Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov
deyib.
Qarabağda hər şey 6 aya HƏLL OLUNACAQ: ərazilər qaytarılır, əvəzində... - Trampın tələbi ÜZƏ ÇIXDI
Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə
hazırlaşmır. Bunu “Avronyus” televiziyasına
müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Türkiyə Silahlı Qüvvələrinin artilleriya
birləşmələri Suriyanın şimalındakı Tel Rıfat bölgəsindəki Şeyx İsa
və Harbil kəndlərini işğal edən YPG/PKK hədəflərini
vurub. Terror hədəflərinə “Fırtına” haubitsaları ilə
12 zərbə endirilib.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffri
bu gün Türkiyəyə gələcək. Bu haqda ölkənin xarici
işlər naziri Mövlud Çavuşoğlu bildirib.
ABŞ Suriyadan nə vaxt çəkiləcəyinə gəlincə, nazir dəqiq bir
tarixin olmadığını deyib.
Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada Bəşər
Əsəd rejimi və onun müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan
qanun layihəsi qəbul edib. “2019 Cəsur Suriya Mülki
Müdafiə Qanunu” adı verilən layihə səsvermə yolu ilə
təsdiqlənib.
ABŞ-dan Rusiya və İrana qarşı növbəti SANKSİYA DALĞASI
Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün
diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Ölkə
başçısı amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat
vaxt verib.
Xatırladaq ki, vəziyyətin bu həddə çatmasına ABŞ prezidenti
Donald Trampın müxalifət lideri Juan Quaydonu müvəqqəti prezident
kimi tanıması səbəb olub. Venesuela parlamentinin spikeri və
müxalifət lideri Juan Quaydo özünü ölkənin müvəqqəti prezidenti
elan edib və and içib.
O bildirib ki, silahlı qüvvələrin dəstəyi ilə dövlət başçısının
vəzifələrini icra etməyə hazırdır.
Vaşinqton Nukolas Maduronu Venesuelanın legitim
prezidenti olaraq görmür və buna görə də amerikalı diplomatların
ölkədən çıxması barədə ultimatum yerinə
yetirilməyəcək. Bu haqda ABŞ-ın dövlət katibi Maykl
Pompeo bildirib.
Venesuelada kəskin siyasi və iqtisadi böhran
inqilaba çevrilə bilər. Müxalifətin 35 yaşlı lideri və parlamentin
spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti
elan etdi. Quaydonun prezidentliyini ABŞ da daxil
olmaqla artıq bir neçə ölkə tanıyıb. Maduro cavabında ABŞ-la
diplomatik əlaqələri kəsdi və Amerika diplomatlarına ölkəni tərk
etməsi üçün 72 saat vaxt verdi. Moskva isə Birləşmiş Ştatların
hərəkətlərini başqa dövlətlərin daxili işlərinə “həyasız müdaxilə”
kimi qiymətləndirdi.
Putin və Ərdoğanın dostuna 23 yanvar SÜRPRİZİ: 61 il əvvəl... - Təsadüf, yoxsa ŞİFRƏLİ MESAJ?
Venesuelanın işlərinə hərbi müdaxilə faciəli ssenari
olar. Bu haqda Rusiyanın xarici işlər nazirinin
müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Moskva hərbi müdaxilənin nəticələri barədə
Vaşinqtonu xəbərdar edib.
“Biz hesab edirik ki, bu, faciəli ssenari olardı. Bu, Latın
Amerikası regionunda müşahidə edilən inkişaf modelininin əsaalarını
sarsıdacaq”, - o deyib.
NATO və Gürcüstan Rusiyanın Qara dəniz regionunda
hərbi potensialını artırmasından narahatdır. Bunu
jurnalistlərə açıqlmasında NATO Baş katibi Yens Stoltenberq
deyib.
“Biz dənizdə əməkdaşlığımızı gücləndiririk. NATO və Gürcüstan
hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət də artırılır”,
– deyə o bildirib.
Onun sözlərinə görə, NATO Gürcüstanın ərazi bütövlüyünü
dəstəkləyir və Rusiyanın Abxaziya ilə Cənubi Osetiyanı
müstəqilliyini tanımaqdan imtina etməyə çağırır.
ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək
atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc
edib. Məqalədə jurnalistlər ABŞ-ın gələcəyini
çəkiblər və super dövlətin qürubunu təsvir ediblər.
Xruşşovun 63 il əvvəl verdiyi vədin reallaşmasına İKİ AY QALDI - ŞOK SSENARİ