“ABŞ həmişə Venesuelanın daxili işlərinə qarışır”.

Metbuat.az-ın məlumatına görə,Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu ATV-yə müsahibəsində Venesuelada baş verən hadisələrə münasibət bildirərkən belə deyib. O bildirib ki, Türkiyə təcrid siyasətinə və digər dövlətlərin daxili işlərinə qarışılmasına qarşıdır. Diplomatın sözlərinə görə, Venesulaya qanuni yolla seçilmiş şəxs rəhbərlik edir. Lakin parlamentin spikeri faktiki olaraq özünü dövlət başçısı elan edir.

Çavuşoğlu əlavə edib ki, Ankara Latın Amerikası ölkəsində vəziyyətin sabitləşməsinə töhfə verməyə hazırdır.

Sübhan / METBUAT.az