Böyük Britaniya hökuməti Venesuelanın demokratik yolla seçilmiş Milli Assambleyasını (parlament) və onun sədri, müxalifətin lideri Xuan Quaydonu dəstəkləyir.Milli.Az "Report"a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Baş nazirinin sözçüsü bildirib."2018-ci ilin prezident seçkiləri nə azad, nə də ədalətli olub, rejimin köklü qüsuru yalnız gücə əsaslanmasıdır", - deyən rəsmi Venesuela hökumətinin ABŞ ilə diplomatik əlaqələri kəsməsini yolverilməz adlandırıb."Böhranın həlli səfirin deportasiyası yox, barışçı və diplomatik yollar tapmaqla mümkündür", - o vurğulayıb.Milli.Az