Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.
Publika.az xəbər verir ki, bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.