Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə ABŞ-dakı bütün diplomatik nümayəndəliklərini bağlayır.
“Report” xəbər verir ki, onun sözlərini VTV8 kanalı sitat gətirib.
"Mən Venesuelanın ABŞ-dakı səfirlik və konsulluğunu bağlamaq qərarına gəldim", – deyə o bildirib.
Ölkənin Vaşinqtondakı səfirliyi gecə yarısı artıq konsulluq qəbulunu dayandırıb və "yeni xəbərdarlığa qədər" qapılarını bağlayıb.