Venesuelada etirazlar zamanı həbs edilənlərin sayı 364 nəfərə çatıb
Paylaş
80 baxış·1 dəq oxu
Bakı. 25 yanvar. REPORT.AZ/ Venesuelada artıq dörd gündür davam edən hökumət əleyhinə kütləvi etiraz aksiyalarında həbs olunanların sayı 364 nəfərə çatıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Cinayət Forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero "Twitter"də yazıb. Daha əvvəl 218 nəfərin həbs olunduğu bildirilirdi.