Ölkənin rəhbərliyi Nikolas Maduronun əlində ikən, neft gəlirlərini dövlət başçısı olmayan bir şəxsin hesabına köçürmək ölkəni daha da xaosa aparacaq.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Venesueladakı hadisələri şərh edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton deyib.
Parlament sədri və müxalifət lideri Juan Quaydonu prezident olaraq tanıdığını, Venesuelanın neft gəlirlərini Quaydoya köçürməyə çalışdıqlarını açıqlayıb.
Qeyd edək ki, OPEK-in məlumatlarına görə, Venesuela 2017-ci ildə neftdən 31,44 milyard dollar gəlir əldə edib. Ölkənin ümumi ixracatı isə 32 milyard 75 milyon dollardır.
Xatırladaq ki, Venesuela müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo yanvarın 23-də özünü ölkənin müvəqqəti prezidenti elan edib. Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla artıq bir neçə ölkə tanıyıb.
ABŞ Dövlət Departamenti prezident Nikolas Maduronu zorakılığa əl atmaması barədə xəbərdar edib. ABŞ Maduronun hökumət qoşunları ilə güc tətbiqi halında Venesuelaya qarşı sanksiyaların sərtləşdirilməsini, həm də hərbi müdaxiləni istisna etmir.
Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.
Ömər