“Report” xəbər verir ki, ABŞ diplomatlarının ölkədən çıxarılması müddəti başa çatması ərəfəsində ölkə başçısı “Twitter”dəki səhifəsində bu barədə yazıb.
“ABŞ hökumətilə diplomatik və siyasi əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm”, - N.Maduro qeyd edib.
Xatırladaq ki, yanvarın 23-də Venesuela Prezidenti ABŞ ilə diplomatik əlaqələrə xitam verdiklərini açıqlayaraq bu ölkənin diplomatlarına ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxt vermişdi. Beləliklə, ABŞ diplomatları bazar gününədək Venesueladan çıxmalıdır.