"Zaurla Günaydın" proqramının budəfəki qonağı xalq artisti Rafael Dadaşov olub.Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin yanında qızı Səidə Dadaşova, kürəkəni Şamil və nəvəsi də yer alıblar.Proqramın gedişi zamanı Zaur aktyorun kürəkəninə "Sən idmançı adamsan, necə gəlib düşmüsən incəsənətlə məşğul olan ailənin içinə? Heç olmasa idmançı olduğuna görə sənə ev veriblər? Hazırda kirayə qalırsan, qayınatan baxmır" sualını ünvanlayıb."Özümə nə olub ki, ev versinlər? Qayınatam özü özünü dolandırsın, bəsimizdir" - Şamil bildirib.Zaur isə ona cavabında "Mənə yük olmasın, bəsimdi, deyirsən?" deyə, zarafatla söyləyib.Milli.Az