BMT TŞ Venesueladakı vəziyyətin müzakirəyə çıxarılmasının lehinə səs verib
Paylaş
53 baxış·1 dəq oxu
Bakı. 26 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının üzvləri şənbə günü ABŞ-ın təklifi ilə Venesueladakı vəziyyətə dair məsələni müzakirəyə çıxarılmasının lehinə səs verib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 9 ölkə təklifin lehinə, 4-ü əleyhinə səs verib, 2 ölkə isə bitərəf qalıb. Təklifin əleyhinə Rusiya, CAR, Çin və Ekvatorial Qvineya çıxıb.