“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bəyanat şirkətin "Twitter" mikrobloqunda yerləşdirilib.
Daha əvvəl Venesuela Mərkəzi Bankının yaxın günlərdə BƏƏ-yə 15 tona yaxın qızıl satmağı planlaşdırdığı xəbər verilmişdi.
"Noor Capital" hansısa qanunsuz və ya qadağan olunmuş sövdələşmədə iştirak etmir. 21 yanvar 2019-cu il tarixində "Noor Capital" beynəlxalq standartlar və qüvvədə olan yerli qanunlara müvafiq olaraq Venesuela Mərkəzi Bankından 3 tona yaxın qızıl alıb. Ondan sonra sövdələşmə olmayıb", - deyə məlumatda bildirilir.