Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ Ağ ev tərəfindən Venesuelanın müvəqqəti prezidenti kimi tanınan müxalifət lideri Xuan Quaidoya dəstək nümayiş etdirəcək Latın Amerikası ölkəsinin hərbçilərini sanksiyalardan azad etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çərşənbə günü öz "Twitter" mikrobloqunda yazıb.