Türkiyəli məşhur müğənni Dəniz Seki Səidə Dadaşovadan prokurorluğa şikayət edib.
Publika.az xəbər verir ki, Dəniz Seki “Hayat İki Bilet” adlı mahnını icazəsiz olaraq TV kanallarında səsləndirən Səidə Dadaşovadan şikayət edib. Məşhur ifaçı şikayət ərizəsində qeyd edib ki, mahnı ondan xəbərsiz istifadə edildiyi üçün mənəvi haqlarına təcavüz edilib.
Hadisə ilə bağlı araşdırma aparan İstanbul Fikri Sinai İstintaq Bürosu Dadaşovanın sözügedən mahnını ARB kanalında ifa etdiyini təsdiq edib. Ancaq prokurorluq Dəniz Sekinin məhkəməyə müraciət etməli olduğunu və cinayət sanksiyası olmadığını ifadə edib. Odur ki, istintaq nəticəsiz qalıb.