ABŞ-ın vitse-prezidenti sülh və sabitliyə əsas təhdidin nə olduğunu açıqlayıb

ABŞ-ın vitse-prezidenti sülh və sabitliyə əsas təhdidin nə olduğunu açıqlayıb
17:57 14 Fevral 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ "Konfrans çərçivəsində region ölkələrinin liderləri Yaxın Şərqdə sülh və təhlükəsizliyə əsas təhdidin İran İslam Respublikası olduğu fikri ilə razılaşır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens ABŞ və Polşa tərəfindən Varşavada təşkil edilən Yaxın Şərq üzrə konfransda deyib.
Onun sözlərinə görə, İran dünyada terrora sponsorluq edən lider dövlətdir.
Eyni zamanda ABŞ-ın vitse-prezidenti qeyd edib ki, İranı dəstəkləyən Avropa ölkələrinin hərəkətləri Brüssellə Vaşinqton arasındakı ziddiyyətlərin dərinləşməsinə səbəb olacaq.
"Avropadakı bəzi tərəfdaşlar İrana qarşı sanksiyalarımızdan yayınmağa imkan verəcək mexanizmlər yaratmağa çalışırlar. Bu alət ABŞ sanksiyalarını pozmaq cəhdidir. Bu, İranı gücləndirəcək, Aİ-ni zəiflədəcək və Avropa ilə Amerika arasındakı fikir ayrılığını dərinləşdirəcək", - deyə M.Pens xəbərdarlıq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-vitse-prezidenti-i-ran-sulh-ve-sabitliye-esas-tehdiddir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR