Pens Avropa ölkələrinə İranla bağlı çağırış etdi

Pens Avropa ölkələrinə İranla bağlı çağırış etdi
19:48 14 Fevral 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropa partnyorlarını Vaşinqtonun nümunəsi üzrə İranla nüvə sazişindən çıxmağa çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda ABŞ və Polşanın Varşavada təşkil etdiyi Yaxın Şərq üzrə konfransda bildirib.

“Avropadan olan partnyorların bizimlə və İran xalqı ilə birlikdə olmağın vaxtı çatıb. Avropalı partnyorlar İranla nüvə sazişindən çıxsınlar və İrana iqtisadi və diplomatik təzyiqə qoşulsunlar. Bu, bütovlükdə İran xalqına, regiona və dünyaya təhlükəsizlik və azadlıq gətirərdi”, - vitse-prezident deyib.

Yaxın Şərq üzrə ikigünlük (13-14 fevral) konfransa İran dəvət almayıb.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/269611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR