"Səidə əvvəl mızıldayırdı, indi peşəkar oxuyandır"

"Səidə əvvəl mızıldayırdı, indi peşəkar oxuyandır"
16:17 18 Fevral 2019
125 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Dadaşova özünə cangüdən tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl konsert verən ifaçını "X maqazin" görüntüləyib.

"O qədər kişi müğənnilər var ki, cangüdənlə gəzir. Mən xanımam, mənə daha çox yaraşır. Gözügötürməyənlər çoxdur. İndiki zamanda suyu da üfürə-üfürə içirsən", - Dadaşova özünə haqq qazandırıb.

Konsert zamanı atası, xalq artisti Rafael Dadaşov da qızını tək qoymayıb. Aktyor övladı haqda "Səidə daha da püxtələşib. Əvvəl mızıldayırdı, indi peşəkar oxuyandır" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/731657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR