Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib
11:02 23 Fevral 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə pemon xalqının sakinlərinin hərbçilərin sərhəddəki hərəkətinə mane olmağa çalışması zamanı baş verib. Hərbçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə şəhərin yollarında barrikadaların təsvir olunduğu şəkillər paylaşılıb.
Bu arada San Fransisko de Yuruani şəhərində isə oxşar səbəbdən hərbçilər onların sərhədə doğru hərəkətinə mane olmaq istəyən yerli sakinlərə atəş açıb, nəticədə 2 nəfər ölüb, 14 nəfər də yaralanıb. Hərbçilərin komandiri, general Xose Miquel Montoya da mülki sakinlər tərəfindən girov götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-braziliya-serhedinde-gozyasardici-qazdan-istifade-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR