“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt Mexiko şəhərində keçirdiyi mətbuat konfransında ölkə Prezidenti Andres Manuel Lopes Obrador bildirib.
“Meksika hər hansı ölkədə sülhün bərqərar olması üçün dialoqa həmişə dəstək verə bilər. Bunun üçün qapılarımız daim açıqdır”, - dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, Meksika Prezidenti Venesueladakı böhranı dinc yolla aradan qaldırmaq üçün beynəlxalq hüquq normalarına, daxili işlərə müdaxilələrə yol verməməyə əsaslanan dialoqun zəruri olduğunu dəfələrlə bəyan edib.