“Oğlunuza qız verməsinlər ki, anası müğənnidir”

“Oğlunuza qız verməsinlər ki, anası müğənnidir”
18:52 25 Mart 2019
166 Şou
Ölkə mətbuatı
A- A+

Bizi gözdən salan elə müğənnilərin bəziləridir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Hər şey daxil" proqramında müğənni Nura Suri deyib.

O, "oğluma müğənni qız almaram" deyən həmkarlarını qınayıb.

"Biri çıxıb deyir ki, oğluma müğənni qız almaram. Sənin özünü alıblar, ərdəsən. Oğul anasısan. Onda belə çıxır ki, sənin də oğluna heç kim qız verməsin ki, anası müğənnidir. Niyə bizi gözdən salırsan? Yaxud hansısa kişi müğənnilər çıxır deyir ki, belədir, elədir. Məgər, adamın şəxsiyyəti ilə sənətini bir tuturlar? Kaş ki, Üzeyirdə olan etika, başqa kişi müğənnilərimizdə olsun", - Nura bildirib.

Qeyd edək ki, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayeva, müğənni Nadir Qafarzadə "Övladıma müğənni almaram" deyən tanınmışlarımız sırasında yer alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/741557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR