Vaşinqton Brüsseldən Venesuela lideri Nikolas Maduro hökumətinə qarşı yeni sanksiyaları tətbiq etməyi xahiş edib.

Publika.az TASS agentliyinə istinadən cəbər verir ki, bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams bildirib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.