Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın “Rusiya əsgərlərini Venesueladan çıxarmalıdır, bütün variantlar masadadır" açıqlamasına şərh verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova bildirib ki, Rusiya və Venesuela ABŞ-ın əyalətləri deyil.

Rusiya XİN-in sözçüsü bildirib ki, rus əsgərlər ehtiyac olduğu müddətdə Venesuelada qalacaq: “Venesuelada rus əsgərlərin olması iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq razılaşmasına uyğundur və ehtiyac olduğu müddətdə əsgərlər o ölkədə qalacaq”.

Zaxarova bildirib ki, rus birliklərin Venesuelada olması heç kim üçün təhdid deyil və heç kimə təhlükə yaratmır.

Günay Elşadqızı / METBUAT.AZ