Venesuelada Rusiya hərbi qulluqçuları Venesuela parlamenti tərəfindən təsdiq edilmiş hökumətlərarası razılaşmaya uyğun olaraq texnikaya xidmət edirlər.
Publika.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” proqramında deyib.
Nazir vurğulayıb ki, Rusiya hərbçiləri qanuni əsaslarla Latın Amerikası ölkəsindədir.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Moskvadan Venesualadan çıxmağı tələb edib.