6 saat ərzində 2 rəsmi oyunda qələbə qazandılar

6 saat ərzində 2 rəsmi oyunda qələbə qazandılar
18:05 5 Aprel 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Yurgen Kloppla ("Liverpul") Xosep Qvardiola ("Mançester Siti") ağır təqvimdən şikayət edirlərsə, Venesuelanın "Deportivo Lara" komandasının baş məşqçisi Leonardo Qonzales nə etsin? 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Deportivo Lara 6 saat ərzində 2 rəsmi qarşılaşmaya çıxmalı olub.

Klub rəhbərliyi Libertadores kubokundan bir gün əvvəl çempionatda oyuna çıxmalı imiş. Federasiya rəhbərliyinə müraciət edilsə də, çempionat oyunu təxirə salınmayıb.

Məcburiyyət qarşısında qalan komanda əvvəlcə səfərdə "Laneros"la çempionat oyununa çıxıb və 3:2 hesabı ilə qalib gəlib. Bundan sonra komanda təyyarə ilə evə qayıdıb.

Və bir neçə saatdan sonra isə Libertadores kubokunda Argentinanın "Urakan" komandası ilə oyuna çıxıblar. Deportivo Lara bu qarşılaşmadan da qalib ayrılıb - 2:1.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR