Venesuela prezidenti Nikolas Maduro bütün dövlət və hökumət başçılarını ABŞ-dan Karakasa qarşı təcavüzü dayandırmağa tələb etməyə çağırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda Karakasda mitinqdə çıxışında deyib.
“Dövlət və hökumət başçılarını səslərini qaldırmağa çağırıram”, - o deyib.
Maduro həmçinin, Venesuela daxilində bütün gücləri ümummilli ittifaqa çağırıb.
“Biz hər sanksiyaya yeni cavab verəcəyik, daha çox inqilablar olacaq. Onlar bizə heç vaxt qalib gələ bilməyəcəklər!" – Venesuela lideri söyləyib.