İdmançılarımız Varşavada 5 medal qazanıb

İdmançılarımız Varşavada 5 medal qazanıb
09:09 8 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “İrina Cup” adlı beynəlxalq turnir keçirilib. 
 
Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, yığmamız yarışda 5 medal qazanıb.
 
Belə ki, qrup hərəkətləri üzrə komandamız turnirin qalibi adına yiyələnib. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət millimiz çoxnövçülük yarışlarında qızıl medala sahib olublar.
 
Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları medalsız başa vurmayıblar. Belə ki, millimizin gənc üzvü Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlərlə və iplə icrasına görə fəxri kürsünün ilk pilləsinə yüksələrək, qızıl medala yiyələnib. Çoxnövçülük proqramında isə Nərminə bürünc medal qazanıb.
 
Komandamızın digər medalı isə Arzu Cəlilovanın hesabındadır. O, iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR