Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır

Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır
00:07 9 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduro siyasi rəqibləri ilə danışıqlar masasına əyləşməyə hazır olduğunu təsdiq edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Xorxe Arreas bildirib.
"Siyasi, sosial, iqtisadi məsələlər üzrə dialoq – bu, böhrandan yeganə çıxış yoludur. Prezident Maduro və onun hökuməti gözləyir ki, müxalifət öz xalqına hörmət edəcək və bizi vaxt itirməyə məcbur etmədən danışıqlara başlayacaq", - deyə Arreas bildirib.
Xarici İşlər Nazirliyinin başçısı həmçinin Venesuela müxalifətinin ABŞ-dan asılılıqdan azad olacağına ümidini ifadə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-xi-n-maduro-muxalifetle-danisiqlara-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR