BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib

BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib
21:50 9 Aprel 2019
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı rektor Elçin Babayev açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsindən bəhs edən rektor bildirib ki, gənclər hər zaman milli mənafeyi qorumalı, təhsildə uğur qazanmalı və əzmlə çalışmalıdır.

DTX-nin əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzə edib. O, təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığından danışıb.

T.Məmmədov vurğulayıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərlə üzləşmək və digər təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir və bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. T.Məmmədov onu da qeyd edib ki, gənclər dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Tural Məmmədov gənclərin əksəriyyətinin belə yad təsirlərdən uzaq durduğunu, ölkəmizin tərəqqisi naminə dövlət siyasətinə dəstək verdiklərini də qeyd edib.

Tədbir konfrans iştirakçılarının çoxsaylı sualları ilə yekunlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3044050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı