Uşağın özlərinə aid olmadığını bilən ailə

İstanbulda yerləşən süni mayalandırma mərkəzlərindən birində embrionların qarışdırılması nəticəsində bir ailənin həyatı alt-üst olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 2006-cı ildə evlənən cütlük övlad sahib ola bilmək üçün həmin mərkəzə müraciət edib.

Ötən il Nil adını verdikləri qızları dünyaya gələn ailə, ana ilə uşağın qanının uyuşmadığına görə analiz verib. DNT analizinin nəticəsinə görə isə körpənin onların doğma övladı olmadığı ortaya çıxıb. Bundan şiddətlənən ailə məhkəməyə müraciət edərək mərkəz haqqında iddia qaldırıb. Araşdırmalardan sonra uşağın doğma ailəsi tapılaraq onlara geri verilib.

Nilin əvvəlki ailəsi isə o bizim rəsmi olaraq adımızdan çıxsa da, hər zaman qızımız olaraq qalacaq söyləyib. Məhkəmə həmin ailənin övladının tapılıb geri qaytarılması üçün araşdırmanı davam etdirir.


Bu şəhərdə insanlar bir qayanın altında yaşayır /FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR