Donald Trampla Xəlifə Həftar arasında telefon danışığı olub

Donald Trampla Xəlifə Həftar arasında telefon danışığı olub
06:12 20 Aprel 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp Liviya generalı Xəlifə Həftar arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edilir ki, ABŞ lideri generalla telefon danışığında terrorçuluqla mübarizə üzrə davam edən səyləri və Liviyada sülh və sabitliyin nail olunması zəruriliyini müzakirə edib.
Qeyd edilir ki, söhbət bir neçə gün əvvəl olub, amma Ağ Ev yalnız dünən bu haqda bildirib.
Məlumata görə, Tramp Həftarla terrorçuluqla mübarizədə və Liviya neft resurslarının təhlükəsizliyin təmin olunmasında generalın əhəmiyyətli rolunu etiraf edib. Tərəflər Liviyanın sabit, demokratik siyasi sistemə keçidinin ümumi mənzərəsini müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampla-xelife-heftar-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR