İranın dini lideri, ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərini dəyişib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, briqada generalı Xoseyn Salami İİKK-nın yeni komandanı təyin olunub.

Onnan əvvəl bu vəzifədə general Məhəmməd Əli Cəfəri olub.

Xatırladaq ki, Salami bundan öncə İİKK komandanının müavini vəzifəsində çalışıb.