Kərəm Həsənov Kürdəmir rayonunda

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 aprel, 2019-cu il tarixində Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək. Metbuat.az xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Komitə fəaliyyət prinsipinə uyğun olaraq vətəndaşların suallarına həssaslıqla yanaşır və çevik olaraq cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilər.

Müəllimlərlə bağlı vacib qərar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR