Paytaxtda əhali ilə fəal görüşlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir. Aylıq çərçivəsində paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcəkdir.

Metbuat.az xəbər verir ki, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcəkdir. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaqdır. Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcəkdir.

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirləri barədə MƏLUMAT:

Rayonun adı

Görüşün tarixi və vaxtı

Keçirilmə yeri

Qeyd

1

Nərimanov rayonu

24.04.2019

16:00-20:00

Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22

2

Xəzər rayonu

26.04.2019

16:00-20:00

Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi

3

Xətai rayonu

29.04.2019

16:00-20:00

Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23

4

Sabunçu rayonu

01.05.2019

16:00-20:00

Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72

5

Binəqədi rayonu

03.05.2019

16:00-20:00

Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10

6

Yasamal rayonu

05.05.2019

11:00-15:00

Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8

7

Nizami rayonu

07.05.2019

16:00-20:00

Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28

8

Nəsimi rayonu

11.05.2019

15:00-19:00

Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112

9

Suraxanı rayonu

13.05.2019

16:00-20:00

Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3

10

Qaradağ rayonu

15.05.2019

16:00-20:00

Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23

11

Səbail rayonu

17.05.2019

16:00-20:00

Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16

12

Pirallahı rayonu

19.05.2019

11:00-15:00

Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR