Liviyada Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb

Liviyada Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb
03:57 23 Aprel 2019
126 Digər
Ölkə mətbuatı
A- A+

Liviya milli ordusunun (LMO) marşalı Xalifə Xəftər paytaxt Tripoliyə hücumun ikinci mərhələsinə başlanıldığını elan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə marşalın rəsmi nümayəndəsi Əhməd əl-Mismariyə istinadən"Al-Wasat" portalıv məlumat yayıb.
O, mətbuat konfransında deyib ki, LMO ərazilərin bütövlüyünü təmin edib və Milli razılıq hökumətinin əsas və ikincidərəcəli mövqelərini müəyyənləşdirib.
Əl-Mismari bildirib ki, LMO Tripoliyə hücumun ikinci fazasına birinci mərhələnin başa çatmasından sonra quru qoşunlarının tətbiqi ilə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyada-hefterin-qosunu-tripoliye-hucumun-ikinci-merhelesine-baslayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR