ABŞ rəsmisi Çini Maduro hökumətini maliyyələşdirməkdə ittiham edib

ABŞ rəsmisi Çini Maduro hökumətini maliyyələşdirməkdə ittiham edib
06:27 25 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamentində güman edirlər ki, Çin Venesuela prezidenti Nikolas Maduro hökumətini maliyyələşdirir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus fikirlərini belə ifadə edib.
"Çinin sözdə qarışmama fəaliyyəti Venesuela hakimiyyətini təxminən 60 milyard dollar məbləğində zənginləşdirib", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, bu ilin 21 yanvarında Venesuelada hazırkı prezident Nikolas Maduroya qarşı kütləvi etirazlar başlayıb. Bundan az sonra müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri onun namizədliyini dəstəkləyib. Ancaq Rusiya, Çin və bir sıra başqa ölkələr dövlət başçısı Maduroya dəstək veriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-resmisi-cini-maduro-hokumetini-maliyyelesdirmekde-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR