Bu formada satılan toyuqları qəti ALMAYIN -

Türkiyəli mütəxəssislər quru meyvə, ət, toyuq, süd məhsulları və paxlalı qidaları yalnız paketlənmiş formada almağı məsləhət görüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Qida Təhlükəsizliyi Dərnəyi sədri Samim Saner açıq formada satılan qidaların sağlamlıq riskini artırdığını bildirib:

"Bir qidanın kim tərəfindən istehsal edildiyi, hansı tarixdə istehsal olunduğu, son istifadə tarixi, içində nə olduğu, istehsalçının nazirlikdə qeydiyyatda olub-olmadığı, yəni bir məhsulun etiketini mütləq oxumaq lazımdır.

Sədr bildirib ki, əgər bir qidanı etiketsiz və açıq formada alırsınızsa, çox güman ki, həmin məhsul qeydiyyatdan keçməmiş, gigiyena və qida təhlükəsizliyi baxımından təhlükəli məhsuldur.

Açıqda satılan toyuq, hinquşu ətininin də təhlükəlii olduğunu bildirən sədr xüsusilə balıq məhsullarına diqqət çəkib. O bildirib ki, balıq alarkən ətinin sərt və üstünün parlaq olmasına diqqət edin. Təzə balıqlarda gözlər qabarıq və parlaq, göz bəbəkləri daha aydın olur, köhnələrdə isə əksinə göz bəbəkləri çökür.

Aysel Yaqubqızı / Metbuat.az

İstanbulda çökmə təhlükəsi olan 26 bina boşaldılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı