ASALA-nın davamçısı:

PKK terror təşkilatı Suriyada xarici terrorçulardan ibarət yeni dəstə qurub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-ləri yayıb. Terrorçu dəstə 90 nəfərdən ibarətdir. Onlar ğz məqsədlərinin “Rojavanı Türkiyədən qorumaq olduğunu bəyan edib”.

2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən erməni terrorçu Nubar Ozanyanın adı verilən dəstə Türkiyə ilə sərhəddə yerləşən Abyad, Aynularab ve Resulayn ərazilərində yerləşdiriləcəyi deyilir. Bildirilir ki, terrorçu qrup əsasən PKK-nın işğal etdiyi Qamışlı, Haseke, Resulayn və Amude bölgələrində fəaliyyət göstərəcək.

Xatırladaq ki, erməni terrorçu Türkiyədə sui-qəsd, bombalama və digər əməllər törədib. Yeni dəstə özünü ASALA-nın davamçısı elan edib.

Terrorçu dəstənin quruluş toplanışında yaraqlılar azərbaycanlılara qarşı qətliamlar törədən, daha sonra ASALA-da fəaliyyət göstərən Levon Ekmemçiyan, Monte Melkonyan və Osmanlı dövründə günahsız insanları qətlə yetirən Kevork Çavuş, Andranik Ozanyan, o cümlədən, İbrahim Kaypakkaya və Abdullah Öcalanın şəkillərini qaldırıblar.

Afət Rusiyada pul yağışına tutuldu — VİDEO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR