37 ildir itkin düşən əsgərin cəsədi tapıldı -

İranda davam edən sel suları 37 ildir itkin düşən iraqlı əsgərin meyitini düzə çıxarıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, İranın şərqindəki qəsəbələri su altında qoyan sel fəlakəti qeyri-adi hadisəyə səbəb olub. 8 il davam edən İraq-İran müharibəsində 1982-ci ildə itkin düşən iraqlı əsgər Abdüləmir Hacı Cabbar Cadiridən 37 ildir xəbər alınmayıb. İraqdakı sel suları itkin əsgərin cəsədini İraqın Misan şəhərinə bağlı Meşrah rayonu yaxınlarına çıxarıb.

Qolundakı saat və bəzi əşyalarından cəsədin Cadiriyə aid olduğu təsdiqlənib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR