Xoşqədəm Hidayətqızıdan SƏRT SÖZLƏR

Xoşqədəm Hidayətqızıdan SƏRT SÖZLƏR
18:53 25 Aprel 2019
186 Şou
Ölkə mətbuatı
A- A+

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib.

Publika.az xəbər verir ki, o, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb. Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan iztirabları və problemlərindən ibarət olduğunu vurğulayıb. O, həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan şou-biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib. Aparıcı layihədə yaşananları şou adlandıranları verilişində diskussiyaya dəvət edərək, "Xəzər" televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/276766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR