ABŞ 40 min insanı öldürdü, daha on minlərlə... - ELMİ İŞ

ABŞ 40 min insanı öldürdü, daha on minlərlə... - ELMİ İŞ
06:43 26 Aprel 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sanksiyaları təxminən 40 min Venesuela vətəndaşının ölümünə gətirib çıxarıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda məşhur Amerika iqtisadçısı Ceffri Saksın tədqiqatında deyilir.

“Amerika sanksiyaları Venesuela iqtisadiyyatının dağıdılmasına, beləliklə, rejimin dəyişilməsinə yönəlib. Bu, faydasız, amansız, qanunsuz və müvəffəqiyyətsiz siyasətdir, Venesuela xalqına böyük zərər verir. 2017-ci ilin avqustundan Donald Tramp administrasiyası tərəfindən tətbiq edilmiş genişmiqyaslı iqtisadi sanksiyaların nəticələri arasında 40 mindən çox ölüm var”, - ABŞ-ın İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi tərəfindən dərc edilmiş elmi işdə deyilir.

Tədqiqatda qeyd edilir ki, ABŞ-ın sanksiyaları xəstələnmənin və ölüm faizinin artmasına, qida və dərman məhsullarının əldə edilməsi səviyyəsinin azalmasına gətirib çıxarıb.

Bundan başqa qeyd edilir ki, gələcəkdə daha on minlərlə insanın ölməsi mümkündür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/276794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR