Türkiyədə əxlaqsızlıqla mübarizə üzrə əməliyyat keçirilib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Şanlıurfa Asayiş Şöbə Müdirliyi komandası pul qarşılığında əxlaqsızlıqla məşğul olan bir qrup haqqında məlumat alıb.

Hadisə yerinə basqın edən polis əxlaqsızlıqla məşğul olan 4 xarici ölkə vətəndaşı qadınla, qadınları əxlaqsızlığa aparan şəxsi yaxalayıb.

Şübhəlilər xəstəxanada müayinədən keçiriliblər.

Məsələ ilə bağlı araşdırma aparılır.

Əxlaqsızlıq yuvasına basqın: