Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara nüfuzlu tədbirlərə evsahibliyi edir.

"Azərbaycanda keçirilən bu cür tədbirlər turizm potensialının təbliğatına dəstək olur".

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov deyib. O bildirib ki, Azərbaycanda keçirilən yarışlar, mahnı müsabiqələri, Olimpiya Çempionatları, "Formula 1", futbol üzrə çempionatlar turizmin təbliğatıdır. Bu tədbirlər bütün dünyada işıqlandırıldığı üçün Azərbaycan haqqında reportajları hər kəs görür.

“Formula-1” yarışları ölkəmizin turizm potensialına müsbət təsir edir -

Azərbaycanın turizm potensialı ildən-ilə artır. Təbii ki, imicin qalxmasında bu cür tədbirlərin rolu danılmazdır.

Aysel Yaqubqızı / Metbuat.az

Yerli turistlər yazda bu bölgəni seçirlər: Turizm eksperti