Ordu müxalifətin tərəfinə keçdi - Venesuelada HƏRBİ QİYAM

Ordu müxalifətin tərəfinə keçdi - Venesuelada HƏRBİ QİYAM
15:44 30 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Venesuelada qiyam başlayıb, ordu müxalifətin tərəfinə keçib. 
 
ONA-nın Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bunu Venesuelanın informasiya naziri Xorxe Rodriqes öz “Twitter” səhifəsində təsdiqləyib. O yazıb ki, hökumət müxalifətə bağlı bir qrup hərbçi tərəfindən təşkil olunmuş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün tədbirlər görür.
 
Qeyd edək ki, Venesuela müxalifətinin lideri Xuan Quaydo bu gün yaydığı videomüraciətində hərbçiləri üsyana və prezident Nikolas Maduronu devirməyə çağırıb. Baş verənləri “Azadlıq” əməliyyatının final mərhələsi adlandıran müxalifət lideri bildirib ki, ordu onun tərəfindədir. Onun sözlərinə görə, videomüraciət paytaxt Karakasdakı La Karlota aviabazasında lentə alınıb. Müraciət zamanı onun yanında hərbi formalı şəxslər olub.
 
Videoda Venesuela müxalifətinin həbsdə olan liderlərindən Leopoldo Lopes də görünüb. Hərbçilərin onu həbsdən azad etdiyini vurğulayan L.Lopes venesuelalıları Maduro rejiminə qarşı dinc aksiyaları davam etdirməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR