Venesuelada toqquşmalar olub, hərbi müəssisənin rəhbəri saxlanılıb

Venesuelada toqquşmalar olub, hərbi müəssisənin rəhbəri saxlanılıb
19:17 30 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela müxalifətinin lideri Xuan Quaidoya bağlı silahlı dəstələr tərəfindən Marakai şəhərində silah istehsal edən “Cavim” dövlət müəssisəsinin rəhbəri, general Karlos Armas Lopes saxlanılıb.
“Report” İspaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Venesuelada olan bəzi jurnalistlər bildirir.
Başqa mənbələr həmin məlumatı hələlik təsdiqləmir. AP isə xəbər verir ki, Karakasda bir qədər əvvəl müxalifət lideri Xuan Quaidonun çıxış etdiyi hərbi hava qüvvələrinin bazası yaxınlığında toqquşmalar başlayıb, bibər qazı tətbiq olunur. X.Quaidonun isə hökumət tərəfdarı hərbçilər gələnədək ərazini tərk etmədiyi bildirilir. Sosial şəbəkələrdə hadisə yerindən hərbçilərin bibər qazından istifadə etiklərini əks etdirən videolar yayılıb. Ətraf sakinlər isə buna sakitcə tamaşa edirlər.

***15:29
Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia edilən, hərbçilərə növbəti addımları bildirdiyini əks etdirən video da yerləşdirib.
"Venesuela xalqı hakimiyyət qəsbinin sonuna dair qərarını verib. Bu dəqiqə "Azadlıq" əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm", - X.Quaido yazıb.
O həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.
Bununla bağlı İnformasiya naziri Xorxe Rodrigues “Twitter”dəki səhifəsində “Venesuela xain kiçik hərbi qrup tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb.





Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelada-toqqusmalar-olub-herbi-muessisenin-rehberi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR