"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin əməliyyat etdirdiyi Aytən adlı qıza canlı efirdə elçi gəlib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Salyan rayonundan olan Mehman Süleymanov adlı gənc Aytənlə ailə qurmaq üçün studiyada ona elçi düşüb.

​X.Hidayətqızı isə bildirib ki, oğlanın ailəsini araşdırmadan müsbət cavab verməyəcək.

Qeyd edək ki, sözügedən verilişdə Aytənin müalicəsi üçün 50 min manat vəsait yığılmışdı.

Milli.Az