Türkiyənin Kahramanmaraş şəhərində tibb işçilərini daşıyan avtobus qəzaya düşüb.
Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Birecik rayonunda hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Qəza nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara aparılıb.
Polis və təcili yardım briqadasının xilasetmə tədbirləri davam edir.