Rusiya XİN: Lavrov və Pompeo arasında görüş razılaşdırılıb

Rusiya XİN: Lavrov və Pompeo arasında görüş razılaşdırılıb
11:02 3 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya və ABŞ-ın xarici siyasət qurumlarının rəhbərləri Sergey Lavrov ilə Maykl Pompeonun görüşünün gələn həftə Finlandiyada keçirilməsi razılaşdırılıb".
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, "bəli, görüş razılaşdırılıb", - deyərək, dünən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmi nümayəndəsinin Lavrovla Pompeonun mayın 6-7-də Finlandiyada keçiriləcək Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində görüşə biləcəyinə dair verdiyi açıqlamaya şərh verərkən söyləyib.
Xatırladaq ki, mayın 1-də Rusiya və ABŞ xarici siyasət orqanlarının rəhbərləri telefon danışığı zamanı Venesueladakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-xi-n-lavrov-ve-pompeo-arasinda-gorus-razilasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR