Türkiyədə bipolyar xəstəliyi olan (psixoloji pozuntu) gənc qıza təcavüz eədn şübhəlilər hakim qarşısına çıxarılıb.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə keçən ilin iyul ayında baş verib. Çanakkalenin Çan rayonunda yaşayan 22 yaşlı bipolar xəstəsi Qamze.U mağazaya getmək adı ilə evdən çıxıb və bir daha ondan xəbər alınmayıb.

Hər yerdə axtarılan və 12 ildir psixoloji müalicə görən, 40 faiz əqli gerilikli qız Çanaqqala benzin stansiyasından bir yük maşınına minərək Kütahyaya getmək istəyib. Kurşunlu məhəlləsində avtomobildən düşən qız burada Caner.Y adlı şəxs ilə tanış olub. İddiaya görə, Caner.Y gənc qızı bir qaranlıq yerə apararaq cinsi istismar edib. Daha sonra pul qarşılığında Caner.Y-nın dostları da Qamze.U ilə cinsi münasibətə girib.

Gənc qız fürsətdən istifadə edib onlardan qaçmağı bacarıb.

Yaşadığı dəhşətli anları polisə danışan gənc qız polis idarəsinə aparılıb. Hadisə ilə bağlı istintaq başladılıb.

İnegöl Ağır Cəza məhkəməsində 5-i həbsdə olmaqla 10 şübhəli ilk dəfə hakim qarşısına çıxarılıb. Şübhəlilər qıza təcavüz etmədiklərini, qızın istəyərək onlarla birlikdə olduğunu deyiblər.

Şübhəlilərin "Cinsəl istismar" maddəsi ilə 16 il həbsi istənilir.

Şübhəlilər dindirildikdən sonra hakim məhkəməni təxirə salıb.

Xəstə qıza təcavüz edənlər hakim qarşısına çıxdı: