ABŞ Maduronu devirmək imkanını 2 il əvvəl bu hadisə ilə qaçırdı - ŞOK İDDİA

ABŞ Maduronu devirmək imkanını  2 il əvvəl bu hadisə ilə qaçırdı - ŞOK İDDİA
09:23 4 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ iki il əvvəl Venesuela prezidenti Nikolas Maduronun devrilməsi şansını qaçırıb.

Publika.az xəbər verir ki, bu haqda “Assoşieyted Press” agentliyi bildirib.

ABŞ prezidenti Donald Tramp administrasiyasının sabiq əməkdaşı və Ağ Evə yaxın mənbə agentliyə danışıblar ki, 2017-ci ilin mayında Venesuelanın prezident qvardiyası və hərbi əks-kəşfiyyatının başçısı general İvan Ernandes Amerika hakimiyyətinə müraciət edib. Qeyd edilir ki, Ernandes 3 yaşlı oğlunun beynində əməliyyat aparılması məqsədiylə Birləşmiş Ştatların ərazisinə giriş üçün sənədlərin alınması zamanı kömək göstərməyi xahiş edib. Ancaq Amerika hakimiyyəti ona kömək göstərməkdən imtina edib, çünki, onu cinayətkar və korrupsioner hökumətin nümayəndəsi hesab etdilər.

Vurğulanır ki, bu hadisə ABŞ üçün Venesuela hərbçilərini öz tərəfinə cəlb etmək imkanı ola bilərdi, lakin Vaşinqton belə bir imkanı qaçırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR