Keçmiş nazir prezident seçildi

Keçmiş nazir prezident seçildi
10:32 6 May 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

Panamada sol mərkəzçi İnqilabi Demokratik Partiyasından olan namizəd, keçmiş kənd təsərrüfatı naziri Laurentino Kortiso ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Seçki Komissiyası onun seçicilərin 33,07% səsini topladığını elan edib.

Seçkilərdə ölkə əhalisinin 73 faizi iştirak etdiyi üçün seçki baş tutmuş sayılıb. Ümumilikdə seçkilərdə 7 namizəd iştirak edib.

L.Kortiso seçkilərin nəticələrindən məmnun qaldığını bildirərək, artıq birləşmək zamanı olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR